Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

"TURKOVAC-ın klinik sınaqları geniş şəkildə istifadəyə töhfə verəcək" -Nazir

"TURKOVAC-ın klinik sınaqları geniş şəkildə istifadəyə töhfə verəcək" -    Nazir
TURKOVAC vaksininin 3-cü faza klinik sınaqlarının Azərbaycanda keçirilməsinə dair qarşılıqlı razılıq əldə olunub. İnanıram ki, klinik sınaqların müsbət nəticələri, effektiv olması vaksinin gələcəkdə geniş şəkildə istifadəsinə töhfə verəcək.
Yenixeber.org: Bunu səhiyyə naziri Teymur Musayev Ankarada Türkiyəli həmkarı Fahrettin Koca ilə görüşündə deyib. O qeyd edib ki, Azərbaycan səhiyyə sisteminin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet tapşırıqlardan biridir:
"Türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və dəstəyinizi hiss edirik. Səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir. Hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçir və tədris olunan onlayn dərslərdə iştirak edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşü zamanı Şura çərçivəsində Səhiyyədə Koordinasiya Komitəsi tərkibində Tibb Elmi Qrupu yaradılıb".
Nazir qeyd edib ki, bu gün Səhiyyə Nazirlikləri arasında imzalanacaq 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi bütünlükdə ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam