Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Vaksin pandemiyadan sonra da bizimlə olacaq? -AÇIQLAMA

“Türkiyənin koronavirusa qarşı yerli vaksini olan “TURKOVAC”ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir. Sınaqların 15 ay davam edəcəyi bildirilib”.

Yenixeber.org: Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, vaksinin uzunmüddətli dövrü əhatə edəcəyi anlamına gəlmir:

“TURKOVAC” bizim qardaş ölkənin brendi olan koronavirus əleyhinə vaksindir. Vaksinin Azərbaycanda sınaqdan keçirilməsi o demək deyil ki, mütləq istifadə olunacaq. Həmin vaksin bir neçə ölkədə sınaqdan keçdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən beynəlxalq sertifikat alacaq. Ondan sonra vaksin dünyanın hər yerində istifadə edilmək hüququ qazanacaq. Bu o demək deyil ki, 15 ay sonra bizdə koronavirus olacaq, vaksinasiya davam etdiriləcək.

Vaksin hazırlanır və qeydiyyatdan keçiriləcək. Nə vaxtsa ehtiyac yaranarsa, istifadə olunacaq. Allah elə etsin ki, heç bir vaksinə ehtiyac olmasın. Ancaq heç kim deyə bilməz ki, bir ildən, üç ildən sonra virusun başqa mutasiyası çıxmayacaq. Yaxud Afrikada, Avstraliyada yayılmayacaq. Bunlar olsa, “TURKOVAC”dan istifadə olunacaq. Türkiyə qardaş ölkədir, buna görə də Azərbaycanda bu vaksinin sınaqdan keçirilməsi normaldır”.

Parlamentari vaksinasiyanın mövsümi xarakter daşıyıb-daşımayacağı barədə də fikirlərini bölüşüb:

“Mən hesab edirəm ki, pandemiya bitəndən sonra vaksinasiya könüllük əsasında təklif olunacaq. Qrip virusuna görə əhali mövsümi olaraq payız-qış aylarında vaksinasiyadan könüllü keçir. Koronavirus əleyhinə vaksin üçün də dövlət vəsaiti hesabına şərait yaradılacaq. Ancaq pandemiya yenidən kütləvi şəkildə yayılsa, vaksin məcburi də ola bilər. Təbii ki, bunu heç kim arzulamır”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam