Türkiyənin TURKOVAC vaksininin 3-cü faza klinik sınaqları Azərbaycanda da keçiriləcək.
Yenixeber.org: Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, texniki məsələlər üzərində işlər aparılır.
"İşçi qrup gəlib. Protokollar təqdim olunub. Bununla bağlı ətraflı məlumat veriləcək", - nazir əlavə edib.