Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Kreml İrəvana öz adamlarını göndərib”


“2022-ci ilin yanvar ayından aprel ayına qədər Ermənistana 249 min 361 nəfər səfər edib. Ölkəyə ən çox Rusiyadan gəliblər – 108 min 976 nəfər, yəni, səfər edənlərin 43,7%-i məhz Rusiyadan olub. Bu günlərdə İrəvanda Paşinyan əleyhinə davam edən etirazlarda Rusiyadan gələnlərin aktivliyi istisna olunmur”.

Yenixeber.org: Bunu REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
“Çox güman, Kreml Paşinyan və komandasını sülh yönündə atmaq istədiyi addımları baltalamaq üçün İrəvana öz adamlarını da göndərib. Əgər Paşinyan və komandası bu gün və sabah İrəvanda baş verəcək etirazlara dözə, təxribatların qarşısını ala bilsə sülh üçün növbəti şans yaranacaq. Amma, əgər Putin Ermənistanda istədiyinə nail olsa, revanşistləri, Köçəryan-Sarkisyanı, “Qarabağ klanını” yenidən hakimiyyətə gətirə bilsə, bizm atmalı olacağımız addımların alqoritmi indidən aydın olmalıdır:
1. İlk əvvəl Azərbaycan 10 Noyabr sazişinin qüvvədən düşdüyünü elan etməlidir – bunun üçün bütün hüquqi əsaslar var, Ermənistan həmin sənəddə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, Rusiya isə sənədin təminatçısı kimi atmalı olduğu addımları atmır.
2. Dünyada Rusiyaya olan münasibəti də nəzərə alaraq rəsmi Bakı Rusiya “sülhməramlılarının” ölkədən çıxarılması ilə bağlı legitim beynəlxalq media-kampaniya və hüquqi prosedurlar başlatmalıdır.
3. Revaşistlərin hakimiyyətə gəlməsi Azərbaycan üçün legitim “casus belli” anlamına gəlir, ölkəmizin bunu müharibə təhdidi kimi qiymətləndirmə haqqı var.
Hər halda ümid edək ki, Ermənistan xalqının böyük əksəriyyətinin müharibə istəməməsi, son seçkilərdə məhz Paşinyana, yəni sülhə səs verməsi, “Qarabağ klanına” qarşı olan nifrətləri Kremlin oyunlarını pozacaq, bölgəmizdə sülhün təməlləri yaxın günlərdə yeni imzalarla atılacaq”, - N.Cəfərli qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam