Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Azərbaycanda iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır

“Yerin təki haqqında” qanun yenidən hazırlanıb.

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı İşçi komissiya formalaşdırılıb və beynəlxalq təcrübə öyrənilərək qanun yenidən hazırlanıb.

Şöbə müdirinin sözlərinə görə, yeni variantda sahibkarlarla bağlı məsələlərin həlli istiqamətində ciddi dəyişikliklər edilib: “Hərracla bağlı münasibətlər də daha detallı əks edilib. Eyni zamanda, vərəsəlik məsələləri də əks olunub”.

O qeyd edib ki, iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır: “2030-cu ilə qədər qaz emissiyalarının azaldılması və 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə sıfır emissiya prinsipi öhdəlik olaraq qəbul edilib. Azərbaycan qanunvericiliyinin bu prinsiplərə implementasiyası, mövcud qanunvericilik çərçivəsində yeni qanunun formalaşması artıq labüddür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam