Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Bakı Metropoliteni tibbi maska ilə bağlı -MƏLUMAT YAYDI

 

2022-ci il mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Yenixeber.org: Xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabinetinin son qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin tibbi maska ilə bağlı tələbi isə mayın 1-dən qüvvədən düşmüş hesab olunacaq. Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin tibbi maska ilə bağlı bütün monitorlarda və radiorabitə vasitəsilə verilən audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və qatarlarda ləğv olunacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən xəbər verilir.

Xüsusi karantin rejimi uzadıldığından və virusun yayılması təhlükəsi tam aradan qalxmadığından "Bakı Metropoliteni" QSC-nin aidiyyəti monitorinqləri, metodiki göstərişləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə uyğun digər fəaliyyəti davam etdiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam