Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İrəvanda aclıq aksiyası-Polkovnik Paşinyanın həbsini tələb edir

İrəvanda aclıq aksiyası-    Polkovnik Paşinyanın həbsini tələb edir
Qarabağda öldürülmüş əsgərlərdən birinin atası Misak Avetisyan Ermənistanın paytaxtı İrəvanda aclıq aksiyasına başlayıb. 
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, o etirazını bu formada ifadə edərək baş nazir Nikol Paşinyanın həbsini tələb edir.
"Avetisyan Paşinyanın bir neçə gün öncə parlamentdəki məlum çıxışından qəzəblənib.
Etirazçı valideyn deyib ki, "Bəlkə də kimlərsə Ermənistanın necə məhv edildiyinə tamaşa edə bilər. Amma mən yox. Mayın 8-dək aclıq aksiyası keçirmək qərarına gəldim və həmin gün daha radikal addım atıb Respublika meydanında özümü yandıracağam. Milli Təhlükəsizlik Xidmətindən və Baş Prokurordan tələb edirəm ki, baş nazir postunu tutan düşmən agenti həbs edilsin", - məqalədə yazılıb.

Polkovnik rütbəsi daşıyan Avetisyan zabitlərə də üz tutaraq çağırış edib ki, onlar hərbçi şərəfinə dəyər verirlərsə, baş nazirin həbsi üçün addımlar atmalıdırlar. Valideyn əmindir ki, Paşinyan qalmaqallı bəyanatı ilə öz günahını etiraf edib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edən zaman 44 günlük müharibə ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
Onun “Bu gün sual edirlər ki, müharibənin qarşısını ala bilərdimmi? Biz müharibənin qarşısını ala bilərdik və bunun nəticəsində təbii ki, itkisiz şəkildə də eyni vəziyyətə düşərdik” fikirləri daha çox müzakirələrə səbəb oldu.

Bundan sonra müharibədə öldürülmüş hərbçilərin valideynləri Paşinyanın bu etirafını əldə əsas tutaraq ona qarşı cinayət işi açılmasını tələb etdilər. Etiraz aksiyası keçirən Jori hərbi hissəsinin D-20 artilleriya batalyonunun həlak olan hərbçilərin yaxınları məlum açıqlama əsasında Baş Prokurorluğa Nikol Paşinyanın onların oğlanlarını bilərəkdən ölümə göndərməsi barədə ifadə xarakterli məlumat veriblər.
Həmçinin 2 müharibə iştirakçısı Nver Kirakosyan və Artur Avakyan da aclıq aksiyasına başlamışdılar. Lakin onlar mübarizə üsullarının şaxələndirilməsinin vacibliyini qeyd edərək aprelin 22-də aclıq aksiyasını dayandırdılar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam