Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukrayna-Rusiya müharibəsindən 50 gün ötür-FOTOREPORTAJ

Yenixeber.org: Bu gün Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 50-ci günüdür. Rusiya Silahlı Qüvvələri fevralın 24-də Ukraynaya həm şimaldan, həm cənubdan, həm də şərqdən hücum etməyə başlayıb. Müharibənin başlanğıcında rəsmi Moskva yenicə tanıdığı Luqansk və Donetsk “respublikaları”nın ərazi bütövlüyünü təmin etmək, habelə Ukraynanın denasifikasiya (nasizm ünsürlərindən arındırma) və demilitarizasiyası (silahsızlaşdırma) hədəflərini qoysa da, rəsmi Kiyevin güclü müqaviməti Rusiyanın bu planları həyata keçirməsini mümkünsüz edib.

Beləliklə, mart ayının sonunda Rusiya Kiyev ətrafı, həmçinin Ukraynanın şimalından geri çəkilmək qərarı verərək əsas qüvvələri Donbas istiqamətində cəmləməyə başlayıb. Yaxın günlərdə şərq istiqamətində şiddətli döyüşlərin alovlanacağı gözlənilir.

Ötən 50 gün ərzində Ukraynada minlərlə dinc sakin həlak olub, milyonlarla vətəndaş yurdlarından didərgin salınıb. Rusiya beynəlxalq aləmdə - xüsusilə Qərbdə hərbi cinayətkar damğasını alıb.

Müasir tarixin gedişatını dəyişə biləcək müharibənin 50-ci günündə ən yaddaqalan məqamlarla bağlı fotoları təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam