Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Hər ay mina partlayışı nəticəsində 120 nəfər ölür -Bu ölkədə

Əfqanıstan Milli Fəlakətlər İdarəsinin (ANDMA) rəsmiləri bildirib ki, ötən il ölkə üzrə mina və əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində, əksəriyyəti uşaq olmaqla, 1016 nəfər ölüb və yaralanıb.

Yenixeber.org: “The Frontier Post” xəbər verir ki, bu barədə ANDMA-nın minatəmizləmə koordinasiyası üzrə məsul Qari Nuruddin Rostamkel Kabildə Beynəlxalq Mina Maarifləndirilməsi və Yardım Günü münasibətilə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ölkədə hər ay orta hesabla 120-yə yaxın adam mina və əldəqayırma partlayıcı qurğular nəticəsində ölüb və ya yaralanıb. Q.N.Rostamkel son 7 ayda 20 əyalətdə 20 kvadrat kilometrdən çox ərazinin təmizləndiyini, son 30 ildə 1 milyon 260 min 550 piyada əleyhinə mina, 18 milyon 351 min 422 partlamamış hərbi sursat və 1264 əl qumbarasının zərərsizləşdirildiyini bildirib. Son üç onillikdə mindən çox mina təmizləmə işçisi həlak olub.

ANDMA rəhbərinin müavini Şərafuddin Müslüm bildirib ki, hazırda ölkədə təhlükəsizliklə bağlı heç bir narahatlıq yoxdur və minatəmizləmə agentlikləri Əfqanıstanda əməliyyatlarını gücləndirməlidir: “Minalar bütün insanların gizli düşmənidir və birgə məhv edilməlidir. Minatəmizləmə əməliyyatında orqanlarını itirmiş insanlara aidiyyatı qurumlar tərəfindən maddi dəstək verilməlidir”.

HALO Trustun (Təhlükəsiz Həyatı Dəstəkləmə Təşkilatı) nümayəndəsi iclasda Əfqanıstan ən çox minalara məruz qalan və ən çox insan tələfatına səbəb olan ölkələrdən biri olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam