Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Nazir:"Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsi davam edir"

 

“I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir”.

Yenixeber.org: Bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqdan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam