Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Xocavəndin Edilli kəndində -kütləvi məzarlıq aşkarlanıb

Zaur İsmayılov

 

Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Yenixeber.org: Məzarlıqdakı qəbirlərin birinci Qarabağ müharibəsi dönəmində həmin kənddə ermənilər tərəfinfən girovluqda saxlanılan şəxslərə məxsus olduğu bildirilir. Məzarlıq Azərbaycan Respublikasi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.

Dövlət Komissiyasının İşçi qrupunun üzvü Zaur İsmayılov  bildirib ki, şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var: “Lakin araşdırmalar zaman məlum olur ki, işğaldan azad olan Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhrinin ətraflarında belə məzarlıqlar mövcuddur. Dövlət komissiyasında artıq məlumatlar var, GPRS kordinatlar müəyyən olunub. Təxminən orada dəfn olunan insanların sayı müəyyən olunub. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq”.

Z. İsmayılov onu da qeyd edib ki, Füzuli rayonunun Seyid Əhmədli kəndində keçmiş “KolXoxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının kütləvi basdırıldığı barədə məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam