Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

“Qaçqınkom” rəsmisi sakinlərin Ağdabana səfərilə bağlı açıqlama verib

 

“Bu gün 30 ildən sonra ilk dəfə doğma yurdumuza - Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər etmişik. 30 il öncə aprelin 8-də ermənilər burada qətliam törətmişdi. Onlarla dinc sakini barbarlıqla qətlə yetiriblər. Üç nəfəri diri-diri yandırıblar”.

Yenixeber.org: Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov deyib.

O bildirib ki, bu kəndlərdən 1971 məcburi köçkün var:

“Onlar ölkənin müxtəlif yerlərində məskunlaşıblar. Bu gün onların bir qrupunun kəndə səfərini təşkil etdik. Gördük ki, ermənilər qəbirləri necə dağıdıblar. Bu kənd Azərbaycana dahi şəxsiyyətlər yetişdirib. Bu günü bizə yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik. Onun və ordumuzun sayəsində buralara gəlmişik. Bu cür səfərlər bir neçə dəfə təkrar olub və davam edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam