Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edilib- EKSKLÜZİV

 
 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub

Yenixeber.org: Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.
Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.
Bundan başqa, mayın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov da işdən çıxarılıb. Həmin departamentin direktoru vəzifəsinə İbrahim Mirzəyev təyin olunub.
Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam