Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Bakıda maşını götürmədən yolu asfaltlayıblar -FOTO


Bakıda təmir zamanı yolun kənarına park edilən avtomobilin olduğu yerə asfalt vurulmayıb.
Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Fotonun Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkildiyi bildirilib.
Fotodan aydın olur ki, avtomobil Rusiya dövlət nömrə nişanına sahibdir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, məsələdən xəbərdardırlar. Yola asfalt döşənərkən həmin avtomobilin sahibi tapılmadığı üçün belə bir addım atılıb:
“Çünki biz agentlik olaraq sahibi olmadan hər hansı maşına toxuna, ərazidən uzaqlaşdıra kənara çəkə bilmərik. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam