Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda qadın özünü maşına belə çırpdı - VİDEO

Bakıda qadın özünü maşına belə çırpdı- VİDEO

Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.

Yenixeber.org: Elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları “vuran” sürücülərdən pul tələb edirlər.

Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

Görüntülər Yasamal rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir qadın yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən “Mercedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilin üstünə atılıb. Qadın maşına dəyib və yerə yıxılıb.

Videodan da açıq-aydın görünür ki, qadın bilərəkdən özünü maşının üstünə atır. Göründüyü kimi bu hadisə intihara cəhd də deyil. Çünki qadın intihar etmək istəsəydi, maşının qarşısına atılardı. Həm də, ölmək istəyən şəxs yavaş hərəkət edən maşının yox, sürətlə gedən avtomobilin altına atılar.

Maşının sürücüsü Elməddin Bayramov maşını saxlayıb və qadının vəziyyətilə maraqlanıb. Qadını həkimə aparmağı da təklif edib. Lakin piyada razılaşmayıb.

Baş verən hadisənin görüntüsünü təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam