Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ötən il Azərbaycan həbsxanalarında vərəmdən ölüm göstəricisi açıqlanıb

 

Ötən il cəzaçəkmə müəssisələrində vərəmli xəstəlikdən qeydə alınan ölüm göstərici açıqlanıb.

Yenixeber.org: Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb.

İdarə rəisinin sözlərinə görə, ölüm hallarında 2000-ci illə müqayisədə 28 dəfə, 2005-ci illə müqayisədə 13 dəfə, 2010-cu illə müqayisədə 4 dəfə, 2015-ci illə müqayisədə 1,5 dəfə azalma qeydə alınıb.

O qeyd edib ki, dərmanlara həssas vərəmli xəstələrin 1-ci sıra dərmanlarla uğurlu müalicə faizi 96% təşkil edir: "Bu rəqəm ÜST tərəfindən tövsiyə olunan hədəf göstəricisindən (85%) yüksəkdir. Çoxsaylı Dərmana Davamlı (ÇDD) formalı vərəmli xəstələrin 2-ci sıra və yeni dərmanlarla uğurlu müalicə faizi isə 88% təşkil edir. Halbuki ÜST tərəfindən tövsiyə olunan hədəf göstərici 75%-dir".

Nazirlik rəsmisi əlavə edib ki, vərəm hallarının sayı, o cümlədən açıq formalı və ÇDD formalı vərəm hallarının sayı kəskin azalıb: "Keçən il bütün vərəm hallarının sayı 2011-ci illə müqayisədə 3,7 dəfə, ÇDD vərəm hallarının sayı isə 3,3 dəfə az olub. 100 000 nəfər populyasiya üçün hesablanan vərəm üzrə xəstələnma göstəricisi ötən il 2011-ci illə müqayisədə 4,6 dəfə azalıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam