Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə azalıb

 

Son beş ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə, vərəmdən ölüm isə 1995-ci illə müqayisədə 105 dəfə azalıb

Yenixeber.org: Ədliyyə Nazirliyindən  verilən məlumata görə, cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi üzrə göstəricilər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hədəfləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 78 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Ölkəmizin praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəsini yaymaq məqsədilə 2012-ci ildə İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə təlim mərkəzi yaradılıb. 2014-cü ildə ÜST Avropa Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq bu günlərdə beynəlxalq statusu ÜST Avropa Regional Bürosu tərəfindən növbəti dörd il müddətinə uzadılıb.

Mərkəz ölkəmizin penitensiar müəssisələrində işləyən istər tibbi, istərsə də qeyri-tibbi ixtisaslı əməkdaşların vərəm üzrə biliklərə yiyələnməsinə xidmət etməklə yanaşı, digər ölkələrin nümayəndələrinin hazırlığını da həyata keçirir. Ötən dövrdə Beynəlxalq təlim mərkəzində Qərbi Avropa, Asiya, Afrika və MDB dövlətlərinin Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatları təmsil edən nümayəndə heyətləri üçün 4 beynəlxalq treninq keçirilib, Azərbaycan təcrübəsini öyrənmək üçün Avropa Şurası, ÜST və BQXK-nın xətti ilə 8 tanışlıq səfəri təşkil olunub. Ümumilikdə isə, son illər 17 dövlətdən 200-dən çox nümayəndə Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.


Azərbaycanın vərəmlə mübarizədə son yeniliklərini əldə etmək və müsbət təcrübəmizi öyrənmək məqsədilə altı dövlətin (Rusiya, Belarus, Qazaxıstan, El-Salvador, Şri-Lanka və Filippin) penitensiar müəssisələrdə vərəm əleyhinə xidmətlər göstərən həkimlərindən və rəhbər vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Nümayəndə heyəti üçün Beynəlxalq təlim mərkəzi tərəfindən "Yeni vərəməleyhi dərmanların və müalicə rejimlərinin tətbiqi dövründə Çoxsaylı / Geniş Dərmanlara Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi" mövzusunda rus və ingilis dillərində beynəlxalq tədris kursu təşkil olunub.

6 gün davam edəcək kursda dinləyicilər üçün 30-dək yerli mühazirəçilər və dəvət olunmuş ÜST Baş Ofisinin (İsveçrə) və Avropa Regional Bürosunun (Danimarka), ÜST Vərəm / İİV üzrə Təlim Mərkəzinin (İtaliya), Beynəlxalq Qızıl Xaç Komitəsinin və GDF (Qlobal Dərman Təchizatı) təşkilatının (İsveçrə), Belarus Elmi-praktiki və Farmakoloji nəzarət mərkəzlərinin, "Vərəmə dair infeksiyaya nəzarət üzrə Regional Mərkəz"in (Rusiya), "Sərhədsiz həkimlər" (Fransa), "Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq" təşkilatlarının ekspertlərinin iştirakı ilə xüsusi proqram üzrə sübutlara əsaslanan, müasir, beynəlxalq səviyyədə tövsiyə edilən prinsip və təlimatlara müvafiq mövzular tədris olunacaqdır.

Həmçinin Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət üzrə görülən işlərlə əyani tanışlıq imkanı yaradılacaq, məhkumlar arasında vərəmin aşkarlanması, innovativ texnologiyaların tətbiqi ilə laborator diaqnostikası və müalicəsi ilə bağlı bir sıra tədbirlər praktiki olaraq nümayiş etdiriləcəkdir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam