Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ölüm səviyyəsi azalıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

Yenixeber.org: Xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.

Cari ilin birinci rübündə ölkədə 14811 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.  2019-cu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13191 nikah və 3972 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.

Cari ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 398 nəfər Azərbaycana gələn, 336 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 62 nəfər təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam