Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Rus hərbçilər Zelenskinin iqamətgahını qarət ediblər


Rusiya hərbçiləri Ukrayna prezidenti Vladimir Zelenskinin Kirilivka kurortunda yerləşən Biryuçi adasındakı iqamətgahını qarət ediblər.
Yenixeber.org: Bu barədə yerli sakinlər bildiriblər.

“Aprelin 2-də rus işğalçıları oradan mebel çıxarıblar. Şahidlərin bildirdiyinə görə, Geniçeskdən olan Rusiya Federasiyasının hərbçiləri saat 5:30 radələrində iqamətgahın ərazisinə daxil olublar.
İki zirehli transportyor Zelenskinin daçasında qalıb, üçü isə sərhəd zastavasına gedib. 
İşğalçılar Mariupoldan qaçqınların gəldiyi Kirillovka kəndinə də gəldilər. Sonra düşmən Peresipdəki Standard və Burevestnik istirahət mərkəzlərinə gediblər”, - deyə, məlumatda bildirilir.
Yerli sakinlər həmçinin iddia edirlər ki, ruslar artıq yerli istirahət mərkəzlərini qarət etməyə başlayıblar.
Qeyd edək ki, Biryuçi adası Azov dənizində ümumi sahəsi 7000 hektardan çox olan nəhəng qumlu adadır.
Yerli medianın yazdığına görə, Zelenskinin iqamətgahının ərazisində üzgüçülük hovuzu və idman meydançası var. Sakinlərin sözlərinə görə, Zelenski ailəsi ilə birlikdə adada dincəlməyi çox sevirmiş.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam