Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verməyə hazırdır

 

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər cür dəstək verməyə hazırdır".

Yenixeber.org: Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

“Prezident İlham Əliyev dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib. Bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün münbit şərait yaradılmalıdır. Rusiya, öz tərəfindən, hər zaman bu müqavilənin hazırlanmasına dəstək verməyə hazırdır”, - səfir bildirib.

Onun sözlərinə görə, digər vacib məsələlər regionda nəqliyyat əlaqələrinin açılması, həmçinin Azərbaycan və Ermənistan arasında sərhəddin delimitasiyası və demarkasiyasıdır.

Rusiya səfiri vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılmasının, həmçinin regionda mehriban qonşuluq münasibətlərinin qurulmasının yolu üçtərəfli bəyannamənin bütün müddəalarının yerinə yetirilməsindən keçir ki, bundan bütün tərəflər qazanacaqlar: "3+3 formatı da buna yönəlib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam