Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukraynada daha bir jurnalist həlak olub-FOTO

Ukraynada daha bir jurnalist həlak olub

      Kiyevdə Rusiyanın “The Insider” internet nəşrinin jurnalisti Oksana Baulina həlak olub.
Yenixeber.org: Bu barədə jurnalistin çalışdığı sayt məlumat yayıb.
"O, rus qoşunları tərəfindən paytaxtın Podolski rayonunu atəşə tutduqdan sonra dağıntıları lentə alıb və yenidən başlayan raket atəşinə tuş gəlib. Onunla birlikdə daha bir mülki şəxs həlak olub, jurnalisti müşayiət edən iki nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib", - açıqlamada deyilir.
Qeyd olunub ki, Baulina “The Insider”də çalışmazdan əvvəl martın 22-də 9 il müddətinə azadlıqdan məhrum edilən müxalif rusiyalı siyasətçi Aleksey Navalnının yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondunda işləyib. Fond ekstremist təşkilatlar siyahısına salındıqdan sonra jurnalist Rusiyanı tərk etmək məcburiyyətində qalıb. Müxbir kimi Oksana Ukraynaya gedib, orada Lvov və Kiyevdən bir neçə reportaj hazırlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam