Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

"Sabah" klubunun yeni transferi -Ukraynadan necə qaçıb?

 

"Fevralın 24-ü gecə saatlarda əksər legionerlər kimi Ukraynanın şərqindəki Poltava şəhərindən Polşa sərhədinə qaçmaq qərarına gəldim".

Yenixeber.org: Bunu "Sabah" klubunun yeni transferi Lukas Rangel Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynanı tərk etməsi barədə danışarkən deyib.

Bunadək "Vorskla" klubunda çıxış edən braziliyalı hücumçu bildirib ki, yola düşməzdən öncə telefonunu yoxlayıb: "Hələ də şokda idim. Çünki heç vaxt təyyarələrin bu qədər alçaqdan uçmasını görməmişdim. Telefona baxanda dostumun göndərdiyi mesajı gördüm. O, yazmışdı ki, Alberto Dias adlı bloqqer ukraynalı qayınanası Tatyana Suxoparovanı ölkədən çıxarmaq üçün ümidsiz şəkildə kömək istəyir. Şəxsi təyyarəsi var və 14 nəfəri xilas edə bilər. Təbii ki, yerlərdən birini həyat yoldaşının anası üçün saxlamışdı".

28 yaşlı forvard həmin vaxt qadının yaşadığı yerə yaxın olduğunu və onu tapmaq üçün təqribən 20 dəqiqəlik yol getdiyini söyləyib: "Bu, düzgün qərar idi. Bir saniyə belə tərəddüd etmədim. Votsap vasitəsilə əlaqə yaratdıq və sonda onu tapdım".

Rangel Ukraynanın qərbindəki Lvov şəhərinə 13 saatlıq yolu 30 saata qət etdiklərini vurğulayıb: "Ölüm qorxusu yol boyu bizi heç vaxt tərk etmədi. Raket atəşinə məruz qalacağımızdan ehtiyat edirdik. İstirahət etmək mümkün deyildi. Avtomobilin yan güzgülərində tank görürsənsə, necə dincələ bilərsən? Həyatımda bunu yaşayacağımı heç düşünməzdim. Sanki müharibədən bəhs edən filmlərə baxır, bəzən isə ağlayırdıq. Amma bu, tamamilə fərqli film idi. Hər şey o qədər sürətlə baş verirdi ki, ağlamağa belə imkanınız yox idi. Elə bil, qorxu filmindəydik və daha da pisi, bundan sonra nə olacağını bilmirdik".

Futbolçunun sözlərinə görə, son 25 km-lik məsafəni -11 dərəcə şaxtada piyada gediblər: "Polşa sərhədinə çatsaq da, oranı dərhal keçə bilmədik. Gecə saat 01:00 radələrində odunumuz bitdi və isinmək üçün ocaq qalaya bilmədik. Bundan əlavə, yeməyimiz demək olar ki, yox idi. Öz yeməyimi Tatyanaya verməli oldum, çünki buna məndən daha çox ehtiyacı var idi. Üç gün çətinliklə yatdıq və özümüzü çox yorğun hiss edirdik. Sonda bizi Polşaya keçirəcək biləcək şəxslərdən kömək istəməyə qərar verdik. Bir çox avtobus sürücüsünə müraciət etdik. Nəhayət, onlardan biri bizi aparmağa razılaşdı. Lakin bunun qarşılığında bizdən 1 000 ABŞ dolları tələb etdi. Pul mənim üçün problem deyildi. Ödənişi etdikdən sonra yola düşdük".

Təcrübəli hücumçu martın 1-də bloqqerin şəxsi təyyarəsi ilə Polşanı tərk etdiklərini bildirib.

Qeyd edək ki, Lukas Rangel "Sabah"la cari mövsümün sonunadək müqavilə imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam