Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Dino Ndlovu:"Hiss etdim ki, Qurban Qurbanov müqaviləmin uzadılmasını istəmir"

 

 

Hançjou Qrintaunun yeni transferi Dino Ndlovu Qarabağ komandasından ayrılma səbəbini açıqlayıb

Yenixeber.org: Çinin "Hançjou Qrintaun" futbol klubunun yeni transferi Dino Ndlovu "Qarabağ" komandasından ayrılma səbəbini açıqlayıb. Məlumata görə, 28 yaşlı hücumçu "kickoff.com"a müsahibəsində ən yaxşı qərarlarından birini qəbul etdiyini bildirib.

Ndlovu bu addımı ailəsi və özünün gələcəyi üçün addımını vurğulayıb. O, transferinə maliyyə təhlükəsizliyi tələbatının səbəb olduğunu söyləyib: "Mən "Qarabağ"ı tərk etmək istəmirdim. Amma müqaviləm başa çatırdı. Baş məşqçimizlə (Qurban Qurbanovla - red.) yeni müqaviləyə dair söhbət etdikdə hiss etdim ki, o, anlaşmamın uzadılmasını istəmir. Hərçənd, oradakı digər futbolçuların sözləşmələri uzadılırdı. Mən özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimin təhlükəsizliyini təmin etmək istəyirdim. Çünki mən gəncləşməyə doğru getmirəm. Nəticədə bu imkandan yararlanaraq, Çinə üz tutmağı qərara aldım".

Cənubi afrikalı forvard "Hançjou Qrintaun"dakı hədələri və hazırkı durumundan da danışıb: "Hələlik Çində vəziyyətim yaxşıdır. Şikayətlənə bilmərəm. Yüksəkliyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Şəxsi hədəfim isə heç vaxt dəyişməyib. Mən "Qarabağ"dakından da yaxşı oynamağa, klubumun Super Liqaya qayıtmasına və daha çox qol vurmağa çalışacağam".

Qeyd edək ki, Dino Ndlovu "Hançjou Qrintaun" klubu ilə yanvarın 20-də müqavilə bağlayıb. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam