Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Azərbaycanlılar qərbi Ukraynada müvəqqəti sığınacaqlar təşkil edir

 

Son 10 gündə Vinnitsa şəhəri vasitəsilə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailəsi təxliyə olunub.

Yenixeber.org: Bunu Vinnitsa vilayəti üzrə azərbaycanlılar cəmiyyətinin rəhbəri Əliş Səfərov bildirib.

Rəhbərlik etdiyi cəmiyyətin tək azərbaycanlıları yox ukraynalı yaşlı nəsil, qadın və uşaqların təxliyəsinə də yardım etdiyini bildirən Ə. Səfərov qeyd edib ki, hazırda da bu proses davam edir.

O, həmçinin qeyd edib ki, ölkənin daha qaynar nöqtələrindən çıxan azərbaycanlılar və ukraynalılar üçün Ukraynanın Zakarpatiya bölgəsində müvəqqəti yerlər kirayəliyib ki, təxliyə olunan ailələr sərhəd bölgəsində növbə gözləyərkən küçələrdə qalmasınlar. Bu kimi müvəqqəti sığınacaqlar azərbaycanlı cəmiyyət sədri tərəfindən daimi saxlanılır ki, növbəti təxliyə olunanların istifadəsində olsun. Vinnitsa azərbaycanlıları eyni zamanda Ukrayna ordusunda yaralanmış azərbaycanlıların da müalicəsinə yardım edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam