Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün 150 azərbaycanlı -Odessadan təxliyə olunub

Bu gün 150 azərbaycanlı Odessadan təxliyə olunub

“Bu gün Odessadan 150 azərbaycanlı təxliyə olunub”.

Yenixeber.org: Bunu Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, dünən isə bu şəhərdən 120-yə yaxın şəxs təxliyə olunub: “Bu gün yola saldığımız həmvətənlərimiz Moldova sərhədinə gedib. Orada səfrilik əməkdaşları onları yerləşdirəcək. Burada nəqliyyat vasitəsi tapmaq çox çətindir. Amma müraciət olduqca və müəyyən sayda insan yığıldıqca göndəririk”.

Təşkilat sədri vurğulayıb ki, hazırda Odessada vəziyyət sabitdir: “Odessa vilayətində 30 min azərbaycanlı var. Ümumilikdə buradan nə qədər şəxs çıxıb deyə bilmirik. Çünki bizə bildirmədən, öz maşınları ilə şəhəri tərk edənlər də çoxdur”.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli isə bildirib ki, dünən 10 azərbaycanlı Macarıstana keçib: “Altı nəfər soydaşımız isə Azərbayacana yola salınıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam