Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Belarus Ukrayna ilə sərhədə yenidən qoşun toplayır - VİDEO

Belarus Ukrayna ilə sərhədə yenidən qoşun toplayır -    VİDEO

         Ukrayna mediası Belarusun yenidən sərhədə qoşun toplaması barədə məlumat yayıb. 
Yenixeber.org: Saytlar bir sıra sərhədyanı rayonlarda Rusiya və Belarus qoşunlarının yeni hərəkətlərinin müşahidə olunduğunu yazır.
- Belaruslu jurnalist və fotoqraf Anton Motolko "Telegram"da diqqət çəkən fotolar paylaşıb. Bildirilir ki, səhər saatlarında M-10 magistral yolu ilə Kalinkoviç istiqamətində “V” işarəsi olan texnikalar hərəkət edib. Onlar S-400 zenit qurğuları üçün raketləri daşıyıb. Bundan başqa, M-5 magistralında “İsgəndər” raketləri olan 7 yük maşını da görüntülənib. BMP-2, BMR-1K, BMP-1KSh olan yük qatarı isə Minskdən bir qədər aralıda dayanıb, - xəbərdə deyilir.
Həmçinin Qomel bölgəsində bir neçə tibbi maşının da qeydə alındığı söylənilir.

- Yerli vaxtla saat 18:00-da 7 yük maşını Mozır rayonundan cənuba doğru hərəkət edirdi. Mart ayında məlum oldu ki, Lukaşenko Belarus qoşunlarına Ukraynanı işğal etməyi əmr edib. Lakin medianın yazdığı kimi, əsgərlərin çoxu bu əmri yerinə yetirməkdən imtina ediblər.



Rusiya Federasiyasının Ukraynaya qarşı açıq müharibəsi başlayandan Lukaşenko ərazini rusların istifadəsinə verib. Məhz Belarusun sərhəd poliqonlarından Ukrayna şəhərlərinə raket zərbələri endirilir.
Avropa İttifaqı isə Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakını açıq şəkildə bəyan edib, - məqalədə yazılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam