Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ərdoğan İlham Əliyevə təşəkkür edib

Ərdoğan İlham Əliyevə təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yenixeber.org: Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar ona və həyat yoldaşı Əminə xanıma öz adından şəfa diləklərini yetirdiyi üçün 23 ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinə öz təşəkkürünü bildirib.
“Telefonla zəng edərək bizə və xanımıma keçmiş olsun diləklərini çatdıran cənab Prezident İlham Əliyevə, Əliyevə, cənab Kazimiyə (İraqın Baş naziri Mustafa əl-Kazımi), cənab Hersoqa (İsrail Prezidenti İsaak Hersoq), cənab Tatara (Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara), cənab Rəisiyə (İran Prezidenti Seyid İbrahim Rəisi), cənab İzetbeqoviçə (Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç) öz adımdan və millətim adından təşəkkür edirəm”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan fevralın 5-də koronavirusa yoluxmuşdu. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanmışdı. Fevralın 10-da dövlət başçısının verdiyi növbəti testin cavabı mənfi olmuşdu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam