Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Burkina Faso Prezidenti istefa verib

 Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

Yenixeber.org: Daha əvvəl LSI portalı Prezident Roş Mark Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyini bildirmişdi. Hərbi qiyamçılar Prezidentin istefasını tələb ediblər. Liderin özünün jandarm qüvvələrinin himayəsində qaldığı iddia olunur. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam Prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr “Reuters” agentliyinə məlumat veriblər.

KİV-in məlumatına görə, Burkina Fasoda hərbi qiyamçılar 2015-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılan general Gilbert Diendere həbsxanadan azad edilib.(“Reuters”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam