Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Otelə hücum: 20 ölü, 15 yaralı, 33 girov - VİDEO

Qərbi Afrikada yerləşən Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" mehmanxanasına silahlı hücum olub.

Xeberinfo.com:  BBC xəbər verir ki, otel paytaxtın işgüzar dairəsində yerləşir.

Şahidlərin sözlərinə görə, yaraqlılar otel qarşısındakı maşınları yandırıblar, həmçinin hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəlincəyədək havaya atəş açıblar.

"Reuters"in məlumatına görə, mehmanxana qarşısında şiddətli atışma baş verib. Mənbələrdən daxil olan məlumata görə, beynəlxalq aeroportun yaxınlığında yerləşən otelə 3-4 yaraqlı hücum edib.

İlkin məlumatlarda terrorçuların oteldə insanları girov götürdüyü də yer almışdı.

Sonradan dəqiqləşdirilmiş məlumata görə, Burkina-Fasonun paytaxtında yerləşən "Splendid" mehmanxanasına silahlı hücum nəticəsində 20 nəfər həyatını itirib.

"Reuters" xəbər verir ki, bu barədə Uaqaduqu şəhər xəstəxanalarından birinin direktoru hadisə şahidləri ilə söhbəti zamanı bildirib.

O, həmçinin qeyd edib ki, 15 nəfər odlu silah yarası və travma alıb.

Bu arada yayılan başqa bir məlumata görə isə oteldə silahlıların girov götürdüyü 33 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib. Bu barədə ölkənin rabitə naziri bildirib.

Twitter-də yayılan məlumatlara görə, terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam