Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Terror təşkilatı qitəni tamamilə ələ keçirir – ŞOK SİQNAL

Terror təşkilatı qitəni tamamilə ələ keçirir – ŞOK SİQNAL

Keniyanın paytaxtı Nayrobidə bu yaxınlarda törədilən terror aktı “Əl-Qaidə”nin Afrika üçün ciddi təhlükə olaraq qaldığını göstərir.

Yenixeber.org: Bunu “RİA-Novosti” agentliyinə Avropa Strateji Tədqiqatlar Mərkəzinin terrorizm təhlükəsizlik üzrə aparıcı eksperti Yevgeni Qvozdev bildirib.

Onun sözlərinə görə, yerli islam qruplaşmaları birləşməyə və “Əl-Qaidə”nin himayəsi altında böyük koalisiyaların yaradılmasına cəhd edir.

“Nayrobidə törədilən terror aktı göstərir ki, birincisi, “Əl-Qaidə” regionda kifayət qədər ciddi təhlükə olaraq qalmağa davam edir. İkincisi, uzun müddətdir ki, “Əl-Qaidə” ilə mürəkkəb münasibətlərə malik olan Somalidəki “Aş-Şabab” terror qruplaşması ona öz loyallığını və onun üzvü olduğunu təsdiq edib”, - ekspert deyib.

Qvozdev bildirib ki, “Əl-Qaidə” bu gün Afrika qitəsində öz gücünü praktik olaraq saxlayıb, Somali, Burkina- Faso, Mali, Keniya və bir çox başqa ölkələrdə terror aktları həyata keçirir.

Xatırladaq ki, yanvarın 15-də Keniyanın paytaxtında Dusit mehmanxanasının yaxınlığında partlayış törədilib, daha sonra atışma olub. Nəticədə, aralarında Böyük Britaniya və ABŞ vətəndaşı olmaqla, 21 nəfər ölüb. Hücuma görə məsuliyyəti “Aş-Şabab” öz üzərinə götürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam