Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verilib -Azərbaycanda

Azərbaycanda daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verilib

Azərbaycanda daha bir tibb müəssisəsinə donor orqanların götürülməsi, hazırlanması və saxlanmasını həyata keçirmək icazəsi verilib.

Yenixeber.org: Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Belə ki, Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin siyahısına əlavə olunub.

Baş nazirin imzaladığı digər qərarla isə “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib. Belə ki, Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam