Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir

 Azərbaycanda transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir

Yenixeber.org: Milli Məclisin Səhiyyə komitəsində "İnsan orqan və toxumalarının transplantasiyası" haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Bildirilib ki, ölkədə böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1600-ə yaxın insan var. Hazırlanan yeni layihədə köçürülə biləcək orqanların sayı artırılıb.
Layihəyə əsasən canlı donor kənar təsirlər olmadan orqan və toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir. Sağlığında orqanlarından donor kimi istifadəsindən yazılı imtina edən şəxsdən donor kimi istifadə edilə bilməz. Digər hallarda isə meyitdən donor kimi istifadə etmək üçün ölmüş şəxsin yaxınlarının icazəsi alınmalıdır. Lakin qəza və ya hər hansı bir təbii fəlakət zamanı ölmüş şəxsdən gözün buynuz qişası icazə alınmadan götürülə bilər.
"Tibbi optika haqqında" qanun layihəsinin isə Azərbaycanda optika mağazalarının fəaliyyəti ilə bağlı tələbləri müəyyənləşdirir. Hər iki qanun layihəsində düzəlişlər aparılması və yenidən komitənin iclasında müzkirəyə çıxarılması tövsiyyə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam