Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Lənkəranda sərxoş sürücü qəza törədib -80 ailə qazsız qalıb

Lənkəranda sərxoş sürücü qəza törədib, 80 ailə qazsız qalıb

Lənkəranda sərxoş sürücü qəza törədib, 80 ailə qazsız qalıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Yalçın Həsənov idarə etdiyi “VAZ 2121” markalı avtomobillə axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində idarəetməni itirərək yoldan çıxıb və kənardan keçən qaz xəttini qırıb.

Nəticədə təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb. Qəzadan sonra hadisə yerindən yayınan həmin sürücü qısa zaman ərzində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib.

Müvafiq tibbi müayinədən keçdikdən sonra Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam