Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Oğuzda - karantin qaydalarını pozan sərxoş sürücü saxlanılıb 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə əlaqədar rayonların giriş-çıxışlarında yaradılan postlarda Qəbələdən Oğuz rayonu istiqamətdə hərəkət edən “OKA” markalı avtomobilin sürücüsünə hər iki postda  “saxla” əmri verilib. 

Yenixeber.org: Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin avtomobil təqib edilib. Bir müddətdən sonra  polis əməkdaşları onu saxlamağa nail olublar. Sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra onun sərxoş olduğu da  məlum olub.

Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib olunub və o, cərimə edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam