Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Pandemiya mayda başa çata bilər" -Onişenko

Anticovid tədbirlərinə və vaksinləşdirməyə əməl olunması şərti ilə pandemiya may ayında başa çata bilər.

Yenixeber.org: Bu barədə yanvarın 3-də Rusiyanın əməkdar həkimi Gennadi Onişenko xəbər verib.

«Maya qədər xeyli vaxt var. Əgər biz, indi lazım olanı etsək, o zaman həmin vaxta qədər o dayanacaq və ya idarəçilik altına düşəcək» - Onişenko TASS-a bəyan edib.

Onun fikrincə, bu gün panika salmağın və qeyri-iş günü tətbiq etməyin əsası yoxdur, belə ki, vaksin var və vaksinləşməyə diqqət cəmləmək lazımdır.

Yanvarın 1-də Yunanıstanın Saloniki şəhərindəki Aristotel Univesrsitetinin professoru Demofsen Sariyaniye bəyan edib ki, koronavirusun "omikron" ştammı fevralın 20-ə yavaşıyacaq və sonuncu olacaq. Öz proqnozlarında alim növbəti dalğanın inkişafının riyazi modelinə istinad edir.

Dekabrın sonunda «İzvestiya» "omikron" ştammını Covid-19 üçün açar hesab edən eksertlər arasında sorğu keçirib. Versiya var ki, uğurlu mutasiya halında epidemiya yox olacaq. Tibb işçilərinin proqnozlarına görə, bu proses 1 ilə qədər vaxt apara bilər.

Dekabrın 30-da «Rospotrebnadzor»un başçısı Anna Popova xəbər verib ki, «omikron» infeksiyanın digər variantı ilə müqayisədə üç-beş dəfə yoluxucudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam