Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakıda qadın sərnişinlərə əxlaqsız təkliflər edən -5 taksi sürücüsü saxlanılıb

Bakıda qadın sərnişinlərə əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanılıb

Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin qadın sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil edilib və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.

Müəyyən edilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir.

Nəticədə qadın sürücülərə qarşı əxlaqsız təkliflər edən 5 taksi sürücüsü – paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar.

Saxlanılan taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkar edildiyindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs ediliblər.

"Qadın sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkar edilməsi və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam