Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Apellyasiya Məhkəməsinin üç hakimi yola salınır? –“Ədalətsiz qərarların sayı o qədər çox olub ki...”

Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədovun səlahiyyətlərinə xitam veriləcək.

Yenixeber.org: Bu barədə “gununsesi.info” saytının yaydığı informasiyada adıçəkilən hakimlərin hakim korpusunda ədalətsiz qərarları ilə seçildiyi vurğulanır. Qeyd olunur ki, hakim Habil Məmmədovun çıxardığı əksər hökmlərin qanunvericiliyə zidd olması barədə çoxsaylı faktlar üzə çıxıb. Bu faktların sayı o qədər çox olub ki, Prezident Administrasiyası daxil olan şikayətlərlə bağlı Ədliyyə Nazirliyini bilgiləndirib.

Məlumatda bildirilir ki, Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə-Hüquq Şurasına yollayıb. "Bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadıdır. Məhkəmə-Hüquq Şurası hər üç hakimlə bağlı iltizam icraatı başladıb", - xəbərdə vurğulanır. Qanunvericiliyin tələbinə görə, barələrində iltizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam