Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Reza Deqati:“Ermənistan Azərbaycanın mədəniyyat abidələrini qəsdən məhv edib”

Reza Deqati: “Ermənistan Azərbaycanın mədəniyyat abidələrini qəsdən məhv edib”

“Sülh və mədəniyyat, yəqin ki, hazırda ehtiyac duyduğumuz iki ən vacib sözdür. Onlar arasında əlaqəni və onların cəmiyyətlərə necə kömək edə biləcəyini tapmalıyıq. Həmişə demişəm ki, fotoşəkillər sülh quruculuğunda iştirak edə bilər”.

Yenixeber.org: Bunu tanınmış fransız fotojurnalisti Reza Deqati ADA Universitetində keçirilən "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

“Ötən il İkinci Qarabağ müharibəsi başladıqda mən bura gəldim, çünki həm birinci müharibənin yeganə şahidi, həm də Xocalı faciəsinin şahidi idim. İyirmi ildən çoxdur ki, müharibə fotolarını, Birinci Qarabağ müharibəsində və Xocalıda nələrin baş verdiyini dünyaya nümayiş etdirirəm”, - o bildirib.

Fotoqraf əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin raket hücumlarına məruz qalmasından şoka düşmüşdüm: “Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı kasset bombalarından istifadə edib. Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəniyyat abidələrini qəsdən məhv edib. Bu, mədəniyyətin qəsdən məhv edilməsi, xalqın yaddaşının silinməsi cəhdi idi. Onlar Azərbaycan xalqına məxsus olan hər şeyi silməyə çalışırdılar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam