Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Reza Deqati -Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib

Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında dahi şair Nizami Gəncəvinin ermənilər tərəfindən dağıdılmış büstü barədə paylaşım edib.

Yenixeber.org: Məşhur fotoqraf öz paylaşımında tarixi faktlara istinad edərək, XVII əsrdə yaşamış fransız şərqşünas Barthélemy d'Herbelot de Molainville tərəfindən Nizami Gəncəvinin fəlsəfi düşüncəsi barədə yazılmış fikirləri xatırladıb.

Reza Deqati dünya şöhrətli şairin anadan olmasının 880 illik yubileyinin bu il Azərbaycanda ölkə miqyasında qeyd olunduğunu da nəzərə çatdırıb.

Qeyd edək ki, R.Deqati beynəlxalq sərgilərdə mütəmadi olaraq Azərbaycan həqiqətlərini çəkdiyi şəkillər vasitəsilə dünya ictimaiyyətinə çatdırır. Sözügedən şəkillər onun ADA Universiteti ilə birgə həyata keçirdiyi “Soul of Karabakh” (“Qarabağın ruhu”) layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşürlərdə əksini tapacaq.

Reza Deqatinin paylaşdığı şəkil və video ilə burada tanış olmaq mümkündür:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam