Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Məşhur fotoqraf Fransa kanalında -erməni vəhşiliyindən danışdı

Məşhur fotoqraf Fransa kanalında erməni vəhşiliyindən danışdı
Məşhur fotoqraf Reza Deqati Fransanın ARTE kanalının qonağı olub. O, verilişdə Qarabağın işğal altında olmuş torpaqlarında ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatları paylaşıb, həmin ərazilərdə çəkdiyi dağıntı şəkillərini göstərib.
Yenixeber.org: Verilişin aparıcısının təxribatçı mövqeyini cavablandıran Reza Deqati Fransa mediasının qərəzliliyini, bitərəfliyini qeyd edib.

O deyib ki, Fransanın 80 jurnalist və fotoqrafı Ermənistana gedib bu münaqişəyə erməni mövqeyindən münasibət bildirir, Azərbaycana isə Fransadan jurnalist göndərilmir. Məşhur fotoqraf Fransanın aparıcı media qurumlarına bu münaqişəni işıqlandırmaqla bağlı müraciətlərinin cavabsız qaldığını diqqətə çatdırıb: “Münaqişə tərəflərindən biri media tərəfindən tamamilə “unudulub”. Buna mən şahidəm. Hər hansı bir münaqişə zonasına getməzdən əvvəl Fransanın böyük media qurumları ilə əlaqə saxlayır və onlara bildirirəm ki, münaqişə bölgəsinə gedirəm. Onlar mənimlə əməkdaşlıq edirlər. Ancaq Qarabağ münaqişəsi ilə bağlı böyük media qurumlarına zəng edib deyəndə ki, münaqişə zonasına gedirəm, heç bir media orqanı mənimlə əməkdaşlıq etmək istəmədi. Yəni, mənə bu imkanı yaratmadılar. Halbuki Ermənistan tərəfdə Fransadan 80 jurnalist və fotoqraf var idi. Fransanın bütün media qurumları jurnalistlərini Ermənistana göndərmişdilər. Azərbaycan tərəfdə isə təkcə mən və mənimlə birlikdə yerli fotoqraflar idi”.



Reza Deqati bu münaqişəni 1992-ci ildən, yəni Birinci Qarabağ müharibəsi dövründən işıqlandırdığını bildirib. O, münaqişədə iki əsas məsələyə diqqət yetirdiyini qeyd edib: “Birincisi, mülki insanların iztirabı, çünki bütün münaqişələrdə olduğu kimi, mülki əhalinin iztirabını lentə alıram. Son 40 ildə bütün müharibələri çəkmişəm. Müharibə zamanı qadınlar və uşaqlar daha çox iztiraba məruz qalırlar. Onlar müharibənin əsl qurbanlarıdır. Qarabağ müharibəsi zamanı da bombardman edilən, Cenevrə Konvensiyaları ilə istifadəsi qadağan edilmiş bombaların qurbanı olan azərbaycanlı mülki əhali idi.

İkinci məqam isə azad olunmuş ərazilərdir. Azərbaycanda bu sahədə iki ay yarım çalışdım. Kəndlər və şəhərlər tamamilə dağıdılıb. Digər müharibələr zamanı belə mənzərəni heç harada görməmişəm”.

Fotoqraf Ağdam şəhərinin dağıntılarını ekranda göstərərək deyir: “Dağıdılmış şəhərlərdən biridir. İndi ekranda gördüyümüz bu şəhər “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılır. Təsəvvür edin, şəhər tamamilə yer üzündən silinib və özü də məqsədli şəkildə. Bu şəhər müharibə zamanı və ya bombardmanla dağıdılmayıb. Bu dağıntı sistemli şəkildə törədilib: kəndlər, evlər, hər şey sistemli və məqsədli şəkildə dağıdılıb. Mən bunu heç yerdə görməmişəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam