Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Yol polisi əməkdaşları təhlükəsizlik tədbiri keçiriblər -Siyəzəndə

 

 

Siyəzən rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən qəzaların qarşısının alınması, yarana biləcək süni sıxlığın aradan qaldırılması üçün proflaktiki tədbirlər görülür, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Yenixeber.org-a verilən məlumata görə Siyəzən RPŞ-nin  Dövlət Yol Polisi Bölməsi-nin əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçiriblər. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Piyadalara diqqət göstərilməsi, onlar üçüm nəzərdə tutulmuş zolaqlara, xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi nəzərə çatdırılıb. Həmçinin piyadalar tərəfindən yol hərəkəti qaydalarının  kobud şəkildə pozulması və qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verənlər barəsində tənbeh tədbirləri tətbiq edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam