Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

AMEA-nın obyektində əxlaqsızlıq yuvası AŞKARLANDI – ŞOK HADİSƏ

AMEA-nın obyektində əxlaqsızlıq yuvası AŞKARLANDI – ŞOK HADİSƏ

Şamaxı rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən Rəsədxanasının ərazisində yerləşən “Kainat” otel-restoranının administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Hakim Natiq İsmayəlovun sədrlyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-otelin koteclərindən birini fahişəkilə məşğul edilməsi üçün 1 gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektə əməliyyat keçiriblər və ikimərtəbəli kotecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediliblər. Hadisə vaxtı otaqda çılpaq vəziyyətdə olan kişi ilə qadının kimlikləri müəyyənləşdirilib./publika/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam