Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Virusa yoluxanların sayı 260 milyonu ötüb-Dünyada

Dünyada virusa yoluxanların sayı 260 milyonu ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 260 milyonu ötüb, virusdan ölüm hallarının sayı 5,2 milyonu keçib.
Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 260 867 011 nəfər, virusdan ölənlərin sayı 5 200 267 nəfərə çatıb. 26 noyabrdan etibarən yoluxanların sayı 1 307 278 nəfər, ölənlərin sayı 16 768 nəfər artıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb - 47 837 599. Siyahıda sonrakı yerdə Hindistan (34 580 832), Braziliya (22 076 863), Böyük Britaniya (10 176 919), Rusiya (9 604 233), Türkiyə (8 746 055), Fransa (7 388 196), İran (6 108 882), Almaniya (5 791 060), Argentina (5 325 560), İspaniya (5 063 177) və Kolumbiya (5 063 177) qərarlaşıb.
Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. ABŞ-da 771 919 nəfər koronavirusun qurbanı olub. Siyahıda ikinci yerdə Braziliya (614 186 ölüm), üçüncü yerdə Hindistan (468 790) qərarlaşıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam