Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

Bakıda ictimai nəqliyyatdan istifadə pandemiyadan əvvəlki göstəricinin -85%-nə çatıb

Bakıda ictimai nəqliyyatdan istifadə pandemiyadan əvvəlki göstəricinin 85%-nə çatıb

“Koronavirus (COVID-19) pandemiyası dövrünün çətinliklərinə baxmayaraq Bakıda avtobus parkının və nəqliyyat infrastrukturunun inkişafına dövlət investisiyaları davam edib ki, bu da, hər hansı fövqəladə hallarda sərnişindaşıma və mobilliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, bunu qurumun aparat rəhbəri Gülşən Rzayeva bildirib.

O, post-COVID dövrünün əsas prioritetlərindən olan piyada zonaları və velosiped yollarının yaradılması, avtobus parkının yenilənməsinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyətinin genişləndirilməsinin, ümumilikdə şəhər mobilliyinin inkişafı istiqamətində gələcək planlar barədə məlumat verib və ictimai nəqliyyata etibarın bərpa edilməsinin əsas məqsədlərdən olduğunu bildirib. G.Rzayevanın sözlərinə görə, bu ilin oktyabr ayında ictimai nəqliyyatdan istifadə ilk dəfə pandemiyadan əvvəlki göstəricinin 85%-nə çatıb ki, bu da ictimai nəqliyyata etibarlılığın artmasını göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam