Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

 

Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq.

Yenixeber.org: Gələn il martın 1-dən etibarən Avropa İttifaqının ikinci ən kiçik ölkəsi Lüksemburqda ictimai nəqliyyatın bütün növlərindən istifadə pulsuz olacaq.

Avtobus, tramvay və qatardan istifadə edən hər bir sərnişinin bilet əvəzinə şəxsiyyətini təsdiqləyən sənədi göstərməsi kifayət edəcəkdir.

Bu barədə məlumatı bu ölkənin infrastruktur naziri Fransua Bauş təsdiqləyib. Onun sözlərinə görə, bu addımla da dünyada ilk ölkə olaraq Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq. İnsanları ictimai nəqliyyatdan istifadəyə həvəsləndirməyə xidmət edən bu addım dövlətə hər il 41 milyon avroya başa gələcək. Nazir həmçinin vurğulayıb ki, bu tədbirlər sayəsində nəqliyyat müəssisələrində iş yerləri ixtisar edilməyəcək və heç bir kadr azaldılması baş verməyəcək.

Bununla belə qatarlarda 1-ci sinif vaqonlarda səfər etmək istəyən sərnişinlər əvvəlki qaydada bilet almalı olacaqlar.

Lüksemburq 2023-cü ilədək dəmir yolu infrastrukturunun inkişafına 2,2 milyard avro sərmayə yatıracaq və ölkədəki bütün avtobuslar 2030-cu ilədək elektrik mühərrikli avtobuslarla əvəz ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam