Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Şuşada terror törədən erməni Azərbaycana verilməlidir -İlqar Vəlizadə

Şuşada terror törədən erməni Azərbaycana verilməlidir - İlqar Vəlizadə

"Rusiyalı sülhməramlıların Qarabağda öz missiyasını həyata keçirərkən Azərbaycanın nəzarət etdiyi ərazilərdə baş verən terror aktı fövqəladə xarakter daşıyır. Ona görə fövqəladə tədbirlər həyata keçirilməlidir".

Yenixeber.org: Bunun politoloq İlqar Vəlizadə deyib: "Düşünürəm ki, Şuşada qumbara atmaqla üç hərbçimizə xəsarət yetirən həmin terrorçu ilk olaraq Azərbaycana təhvil verilməlidir. Digər tərəfdən, bu hadisənin şahidlərindən biri də rusiyalı sülhməramlılardır. Onlar da ən azından şahid qismində məsələyə cəlb olunmalıdır. İstintaqda onlar da ifadə verməlidirlər. Çünki onlara qarşı da terror aktı törədilib. Bir sözlə, məsləyə kompleks şəklində baxılmalıdır. Onun istintaqı da bu formada aparılmalıdır. Eyni zamanda, məsələyə sülhməramlı missiyanın nöqteyi-nəzərindən qiymət verilməlidir. Əslində, sülhməramlılar regiona bu cür hadisələrin baş verməməsi üçün gəliblər. Yəni məsələ ilə bağlı qəti tədbirlər görmək həm də onların səlahiyyətindədir".

Politoloq qeyd edib kİ, istintaq keçirilməli və bu hadisəyə hüquqi qiymət verilməlidir: "Digər tərəfdən, bu hadisə həm yeni bir siyasi vəziyyətin göstəricisidir. Bu o deməkdir ki, hələ də regionda terrorçular fəaliyyət göstərir. Baxmayaraq ki, 10 noyabr üçtərəfli bəyannaməsindən 1 il keçib. Onlar hələ də tərksilah olunmayıb. Ona görə də terrorçuların tərksilah olunması ilə bağlı birgə səylər göstərilməlidir. Qarabağda, sülhməramlıların məsuliyyət zonasındakı bütün terrorçular, əllərində qanunsuz silahlar olan bütün şəxslər saxlanılmalıdır. Onların hamısı məsuliyyətə cəlb edilməlidir. Digər tədbirlər də görülməlidir. Yeri gəlmişkən, regionda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Bu Monitorinq Mərkəzinin əsas məqsədi və vəzifəsi ondan ibarətdir ki, bu cür təhlükələri aşkar eləsinlər və tədbirlər görsünlər. Eləcə də onlar səlahiyyətli orqanlara xəbər çatdırmalıdırlar ki, sələahiyyətli qurumlar da öz növbəsində əks tədbirlər gerçəkləşdirsinlər. Terrorçular və təhlükələrlə bağlı kompleks işlər aparılmalıdır. Biz təkcə bu terrorçunun zərərsizləşdirilməsi və istintaqa cəlb olunması ilə kifayətlənməməliyik. Errməni terrorçunun ilkin istintaqını da Azərbaycan tərəfi aparmalıdır. Həmin şəxs Ermənistan tərəfinə verilə bilməz. Qondarma rejimin də hər hansı administrasiyasını da heç kəs tanımır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam