Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

Yeni avtobuslar xəttə buraxılacaq -Bakıətrafı kənd və qəsəbələrə

Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

"Bakıya gətirilmiş 9 metrlik avtobuslar xəttə buraxılacaq".

Yenixeber.org: Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, bu gün Bakıda 9 metrlik avtobuslar var: “Həmin avtobuslar 2019-cu ildə imzalanmış müqaviləyə əsasən alınması nəzərdə tutulan 135 ədəd avtobusdan bir qismidir. 135 avtobusun hamısı artıq Bakıya gətirilib. 9 metrlik avtobusların bir neçəsinin Bakının bir neçə qəsəbəsində testi də keçirilib. Bir neçə texniki məsələlər həll edildikdən sonra bu avtobuslar xəttə buraxılacaq. Bakıətrafı kənd və qəsəbələr istiqamətində intensiv iş aparılır ki, həmin avtobuslar qısa zamanda sərnişinlərin ixtiyarına verilsin”.

M.Ağayevin sözlərinə görə, 9 metrlik avtobusların gətirilməsi Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımalarının vəziyyətini yaxşılaşdırılması istiqamətində çox böyük dəstək olacaq: “Çünki Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəblər üzrə sərnişindaşımaların vəziyyəti yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırığı var. 9 metrlik avtobusların alınmasında ən başlıca məqsədbu istiqamətdə sərnişindaşımaları yaxşılaşdırmaqdır.

Bu avtobusların Binəqədi, Maştağa Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələrin daxilində olan yollarda manevr etmək imkanı daha genişdir. 12 metrilik avtobusların isə biz bir neçə dəfə test etmişik. Həmin avtobusların Bakıətrafı və kənd və qəsəbələrin bir çoxunda hərəkət etmək imkanları məhduddur. Lakin 9 metrlik avtobusların isə çox rahat şəkildə manevr etmək imanları var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam