Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

BNA-nın gətirdiyi -300 yeni avtobusun taleyi...

Onlar həm də   Bakıətrafı kənd və qəsəbələr üçün nəzərdə tutulub

Yenixeber.org: Bakı şəhəri üzrə bəzi marşrut xətlərində, o cümlədən  Bakıətrafı kənd və qəsəbələr üzrə xətlərdə köhnə avtobusların istismarı paytaxtın nəqliyyat sisteminin problemləri sırasında öndə gələn məsələlərdən  biridir.

Uzun müddətdir müzakirə olunan bu problemin həlli ilə bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib ki, bu il Bakıətrafı qəsəbələrin ictimai nəqliyyat xətlərindəki marşrut avtobuslarının dəyişdirilməsinə üstünlük veriləcək.  Agentliyin yaydığı məlumata görə, bu il Bakıya 300 yeni avtobus gətirilməli idi. Bəs görəsən, bu avtobusların taleyi necə olub, onlar hansı istiqamətlərdə xətlərə buraxılacaq? Digər tərəfdən ictimai nəqliyyatda gediş haqlarının ödənilməsi ilə bağlı tətbiq olunan kart sisteminin bütün xətlər üzrə quraşdırılması söz verildiyi kimi ilin sonuna qədər başa çatacaqmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, artıq 280 ədəd 12 metrlik avtobuslar şəhərimizdədir: “Qalan 20 ədəd 18 metrlik avtobusların da gətirilməsi üçün iş gedir. Avtobusların xəttə buraxılması işləri də plana uyğun davam edir. Önümüzdəki həftələrdən prosesə start veriləcək”.

Mais Ağayev ile ilgili görsel sonucu

BNA sözçüsü vurğuladı ki, yeni avtobuslar həm də   Bakıətrafı kənd və qəsəbələr üçün nəzərdə tutulub və vətəndaşların müraciətinə əsasən ən çox problem olan istiqamətlərə veriləcək: “Yeni avtobuslar Bakıətrafı kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən marşrut xətlərinə də veriləcək. İstiqamətlərin müəyyən olunması ilə əlaqədar həm özümüzün apardığı monitorinqlər təhlil olunur, həm də vətəndaşlardan daxil olan müraciətlər təhlil olunub araşdırılır. Vətəndaş müraciətləri çox önəmlidir. Çünki görülən işlər məhz onların rahatlığı üçündür”.

M.Ağayev onu da vurğuladı ki, kart sisteminə keçidlə bağlı da ciddi iş gedir: “Bu iş bir qədər ağır prosesdir. Çünki gün ərzində avtobuslar xətdə olur. Ona görə kart sisteminə keçidlə bağlı müəyyən texniki işlər elə aparılır ki, bu gündəlik sərnişindaşıma işinə mane olmasın. Bilirsiniz ki, ictimai nəqliyyat canlı orqanizmdir. Burada hər hansı bir iş görərkən mütləq qaydada bu amil nəzərə alınmalıdır. Amma nə qədər çətin və ağır proses olsa da düzgün yanaşma olduğu halda həll etmək mümkündür və həll olunur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam