Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan gələcəyin Ordusunu qurur -Vətən etibarlı əllərdə

Vətən müharibəsi Azərbaycan xalqının gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün əsl fürsət oldu. Lakin hər şey bununla bitmədi. Müharibə bitsə də ətrafımızda bir çox dövlətlərin Azərbaycana qarşı kin-küdurəti hələ də açıq-aşkar hiss edilməkdədir. 30 illik işğala son qoymaq Ordumuz qarşısında əsas vəzifə olsa da, bu suverenliyi, müstəqilliyi qoruyub saxlamaq ondan da çox məsuliyyət, güc, güclü Ordu tələb edir. Bunun üçün hər bir azərbaycanlı Vətəninə, torpağına bir də yağı düşmən ayağı dəyməmək, bir də 30 il əvvəlki ağrı-acını yaşamamaq məqsədi ilə bu birliyi nəyinki qoruyub saxlamaq, onu daha da irəli aparmaq barədə düşünməlidir.

Yenixeber.org: Elə bu məqsədlə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun (Azerbaijan Youth Foundation) dəstəyi ilə Qax rayonunda keçirilən "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsigörənləri heyrətə salıb.

Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş, açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər "Yarasalar", "Şahinlər", "Canavarlar", "Əqrəblər", "DənizPişikləri", "Vaşaqlar" adlı komandalar şəklində iştirak ediblər. 

Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib, gənclər üçün hərbi idman oyunları təşkil oluub.

100 gəncin iştirakı ilə baş tutan "Xüsusi Təyinatlı Gənclik"  hərbi-vətənpərvərlik düşərgəsinin qalibi 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən "Dəniz pişikləri" komandası olub. 

Bu cür təşəbbüs heç şübhəsiz ki, daha güclü Azərbaycan naminə atılmış vacib addımlardan biridir. Ümid edirik ki, belə layihələr artıq ənənə halını alacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam