Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Baş həkim İmran Ağayev və digərlərinin işi: VİP korpusun qiyməti 3 min, pulu olmayan isə.../TƏFƏRRÜAT

FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hospitalın baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatət verərək təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında yazılır ki, bu iş üzrə başlayan istintaq zamanı müəyyən edilib ki, İmran Ağayev Hospitalın baş həkimi olmaqla yanaşı “Medi Style” MMC-nin də təsisçisidir.

İttihamda qeyd edilir ki, İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.

Amma özünün direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardım avtomobilləri ilə Hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51.599 manat pul alıb.

Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7.500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Bundan başqa İmran Ağayevin Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri sübuta yetirilib.

Belə ki, xəstələrin Hospitala yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində xəstələrdən və ya onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub. Hospitalın VİP korpusunda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib.

İstintaqla müəyyən edilib ki, xəstələrdən Zaməddin Məmmədov Hospitala qəbul edilib və “VİP korpusu”a yerləşdirilib. Bunun üçün ondan 3000 manat tələb edilib. Amma Z.Məmmədov başda məbləği 300 manat kimi başa düşüb. Onu xəstəxanaya yerləşdirəndə bilib ki, tələb edilən məbləğ 3000 manat imiş. O, deyilən məbləği ödəyə bilmədiyi üçün həmin korpusdan çıxarılıb.

İttihamda göstərilir ki, təqsirləndirilən Rüfət Vəlizadə hospitalda qeydiyyatçı vəzifəsində işləməklə qeyri-rəsmi olaraq köməkçisi olan Qulu Orucovla da bir neçə cinayət əlaqəsinə girərək xəstələrdən pul alıb.

İstintaq zamanı o da aşkar edilib ki, Rüfət Vəlizadə özü koronavirusa yoluxduğu, izolyasiya olunmalı olduğu halda rəsmi qurumlara yalan məlumat verərib və telefonun GPS sistemini söndürərək müxtəlif yerlərə gedib. Həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.(musavat)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam